Ən yuxarı (mobil)-2_30

İsmayıllının ilk göydələnləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsmayıllının ilk göydələnləri

İsmayıllı rayonunun mərkəzində 3 doqquzmərtəbəli bina ucalır. Müasir memarlıq üslubu ilə seçilən bu binalar görənlərdə xoş ovqat yaradır. Bu binalarda ilk dəfə olaraq  lift quraşdırılmışdır. Liftlər Almaniya istehsalıdır.

 

Hər biri 1 giriş və 37 mənzildən ibarət olan ilk binanın tikintisinə 2007-ci ildən başlanılmışdır. Bina 2012-ci ildə istifadəyə verilib. Digər 2 binanın inşasına isə 2014-cü ildən başlanılıb və artıq həmin binaların da tikintisi yekunlaşıb. Hazırda son tamamlama işləri icra olunur.

 

İsmayıllının görkəminə fərqli rəng qatan bu kompleksdəki binaların yuxarı mərtəbələrindən şəhərin gözəl mənzərəsi açılır. Kompleksin 5500 kvadratmetrlik həyətyanı sahəsi və 2 min kvadratmetrlik qarajı var. Binaların birinci mərtəbəsində olan 1800 kvadratmetrlik sahə isə icarəyə veriləcək. Göydələnlərin ən üstün cəhəti  mərtəbələrarası səs keçiriciliyinin məhdudlaşdırılmasıdır. Eyni zamanda kompleksin həyətində sakinlərin dincəlməsi və uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb.

 

Tikinti işlərini aparan “Tanyapı inşaat ltd”nin nümayəndəsi Ədalət Göyüşov bildirdi ki, şirkət paytaxtla yanaşı, bölgələrdə də inşaat sektorunda çalışır. Qarşıya qoyulan başlıca məqsəd regionların sosial-iqtisadi inkişafında iştirak etməkdir.

24.01.2018 05:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ