Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Məşhur şirkət hər işçisinə 1000 dollar mükafat verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məşhur şirkət hər işçisinə 1000 dollar mükafat verəcək

ABŞ-da vergi islahatı ilə mənfəət vergisi 35%-dən 21% səviyyəsinə endirilib. Bununla əlaqədar olaraq  nəhəng şirkətlər qənaətlərini işçilərinə əks etdirməyə başlayıblar. Wal-Mart-dan sonra Walt Disney də bəyanat verərək hər işçisinə 1000 dollar mükafat veriləcəyini və universitet təhsillərinə də dəstək olacağını açıqlayıb.
 

"Marja" xəbər verir ki, məşhur Walt Disney şirkətinin dünən verdiyi açıqlamaya görə, dünya miqyasında 125 min işçisinin hər birinə 1000 dollar nağd pul mükafatı veriləcək.
 

Açıqlamada saatlıq çalışan personalın universitet təhsili xərclərinə də dəstək olacağı qeyd edilib.

 

Şirkətin İcraçı direktoru Bob İger bu dəstəkdən 88 min nəfərin istifadə edəcəyini bildirib. Disney-in ayırdığı vəsait 175 milyon dollar olacaq. Bunun 50 milyonu işçilərin təhsil xərclərinə dəstək məqsədilə ayrılacaq.

 

Şirkət rəhbərləri isə bu imkandan istifadə edə bilməyəcəklər. 

 

Walt Disney ötən il 55 milyard dollar gəlir əldə etmiş və xalis mənfəətini də 8.9 milyard dollar olaraq açıqlamışdı.
 

Fevral ayından etibarən tətbiq olunmağa başlanacaq qərar, ABŞ konqresindən yeni keçən layihə ilə müəssisələrə tətbiq olunan vergi faizinin azalmasının şəxsi heyətə əks olunması kimi şərh olunur.
 

Qeyd edək ki, ötən günlərdə də dünyanın ən böyük pərakəndə şirkəti Wal-Mart işçilərinin saatlıq əmək haqlarını artırmışdı.
 

Telekommunikasiya şirkəti Comcast da 100 mini keçən şəxsi heyətinə 1000 dollar mükafat verəcəyini bildirmişdi. Comcast-a başda NBC Universal və Dreamworks olmaqla bir çox media qurumu daxildir.

24.01.2018 09:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ