Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Milli valyutanın saxtalaşdırılmasına qarşı Təlim Proqramı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli valyutanın saxtalaşdırılmasına qarşı Təlim Proqramı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində bank sektoru üçün nəzərdə tutulmuş Təlim Proqramının reallaşdırılmasına başlamışdır.

 

Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumata görə, seminarda milli valyuta pul nişanlarının dizaynı və mühafizə fəlsəfəsi, pul nişanlarının tədavülə yararlığının müəyyənləşdirilməsi və dəyişdirilməsi, pulların ekspertizası, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi tədbirlər və digər mövzularda təqdimatlar və praktiki məşğələlər keçirilmişdir.

 

Seminar zamanı iştirakçılar Mərkəzi Bankda mövcud olan və yüksək texnoloji sistemlərlə təchiz edilmiş ekspertiza laboratoriyası və emal prosesləri ilə tanış olmuşlar.

 

Seminarın sonunda bildirilmişdir ki, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bankların əməkdaşlarının milli pul nişanlarının mühafizə sistemi və ekspertizası üzrə ixtisaslaşma səviyyəsinin artırılması, eləcə də kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və s. istiqamətlərdə Mərkəzi Bank tərəfindən banklara göstərilən metodoloji yardımlar davam etdiriləcəkdir.

24.01.2018 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ