Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çimərliklərə minimal tələblər qoyulacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çimərliklərə minimal tələblər qoyulacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 2,7 milyon nəfərə çatıb.

 

Reklam_3_11

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, belə yüksək artımın əldə olunmasında 2017-ci ildə ölkəmizdə turizm sahəsində həyata keçirilən tədbirlərin, özəlliklə Bakıda ilk dəfə gerçəkləşən şopinq festivalının mühüm rolu var. Festivaldan həm yerli vətəndaşlar, həm də turistlər geniş şəkildə yararlanıblar və Azərbaycan paytaxtı artıq dünyanın şopinq festivalları təşkil edilən şəhərləri sırasına daxil edilib.

 

Sektor müdiri “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində işlərin də uğurla davam etdiyini qeyd edib. Yeni turizm infrastrukturunun qurulması, investisiya təşviqi sənədinin verilməsi, eləcə də turizm xidmətlərinin sayının artırılması istiqamətində görülən işlər buna bariz nümunədir.

 

Onun sözlərinə görə, nazirlik ölkəmizə gələn xarici turistlərə göstərilən xidmətin səviyyəsinin daha da artırılmasını hər zaman diqqət mərkəzində saxlayır: “Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin sayı da artmağa başlayıb, bununla yanaşı turizm şirkətlərinin heç də hamısının təqdim etdiyi xidmət arzuolunan səviyyədə deyil. Bu vəziyyətin aradan qaldırılması üçün müvafiq tövsiyələr verilir, xidmətlərin çeşidinin və səviyyəsinin artırılması istiqamətində işlər görülür”.

 

Nazirlik tərəfindən çimərliklərə qoyulan minimal tələblər və tövsiyələrin, kənd turizmi ilə bağlı yeni standartların hazırlanaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim olunduğunu deyən M.Qəhrəmanov ölkəmizdə turizm-rekreasiya mərkəzlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin də davam etdirildiyini vurğulayıb.

 

© Azərtac

24.01.2018 11:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ