Beynəlxalq Bankın kapitalı ildırım sürətilə artırıldı
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının 600 milyon manat məbləğində artırılması məqsədilə Bankın səhmlərinin emissiyası prosesi başa çatıb.
Nəticələr haqqında hesabat 23 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Bu barədə “Marja”ya Bankdan bildirilib.
Qeyd edək ki, Bank nizamnamə kapitalını artıracağı barədə Yanvarın 16-da açıqlama yaymışdı. Məlum olmuşdu ki, 13 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hər birinin nominal dəyəri 0,27 manat olan 2 222 222 223 ədəd adi səhmlərin əlavə buraxılışı AZ1004004581 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
BAnkın məlumatında deyilir ki, emissiya, hər birinin nominal dəyəri 27 qəpik olan 2222222223 ədəd adi, sənədsiz adlı səhmlə həyata keçirilib. Beləliklə, Bankın səhmlərinin ümumi sayı 4 597360 178-ə çatıb.
Nizamnamə kapitalının 1.241,287,248.06 manata qədər artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri çərçivəsində yerinə yetirilir. Bankın kapitalının gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi bu qərar aktivlərin artımı ilə kapitalın adekvatlığı arasında nisbəti təmin etmiş olacaq.
Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan Azərbaycan Beynəlxalq Bankında hazırda yeni idarəedici komandanın rəhbərliyi ilə maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında qarşıya qoyulmuş vəzifələr yerinə yetirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 15 d. əvvəl
-
18 d. əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
1 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
3 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl