Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2018-də 15 aqropark istifadəyə veriləcəkdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
2018-də 15 aqropark istifadəyə veriləcəkdir

2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir. 

 

"Marja" xəbər verir ki, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.


Onun sözlərinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır:

 

"Aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılmış, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilmiş, kompleks aqrolizinq xidmətləri göstərilmişdir. Aqroparkların 3-də birinci mərhələ başa çatdırılmış, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin daha da artmasına səbəb olacaqdır".

 

170 MİLYON MANAT KREDİT VERİLƏCƏK


Şirzad Abdullayev əlavə edib ki, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlıq subyektlərinə aqroparkların, ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, texniki bitkiçilik, idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə ilkin olaraq 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. 

24.01.2018 17:04

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ