Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Güclü dollar davam edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Güclü dollar davam edəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Goldman Sachs, güclü dolların davam edəcəyi və Fed-in siyasətini bazarların gözlədiyindən daha sürətlə normallaşdıracağı proqnozunu verib.


 
"Marja" xəbər verir ki, Goldman Sachs Group Inc.-ın baş iqtisadçısı Jan Hatzius, güclü dolların davam edəcəyini və Fedin siyasətini bazarın gözlədiyindən daha sürətli normallaşacağını deyib.


 
 Hatzius, Çərşənbə axşamı günü Bloomberg TV-yə verdiyi müsahibəsində, güclü dolların davam etməsini gözləyib gözləmədikləri sualına cavab olaraq, "Güclü dollar gözləyirik" - deyib və dolların avro qarşısında il sonuna qədər məzənnə səviyyəsinə çata biləcəyini (1 ABŞ  dolları = 1 avro) sözlərinə əlavə edib.


 
Dollar, Prezident Donald Trumpın iqtisadi artımı vergi güzəştləri və xərc artımları yolu ilə dəstəkləyəcəyi gözləntiləri ilə əlaqədar olaraq 8 Noyabrdakı prezident seçkisindən bu yana  Yen qarşısında  7%-dən çox və avro qarşısında 2.6% dəyər qazanıb. 

 

Trump, dolların "çox güclü" olduğunu bildirib, maliyyə naziri namizədi  Stiven Mnuchin isə, "həddən artıq güclü dolların" iqtisadiyyat üzərində mənfi qısamüddətli təsiri ola biləcəyini bildirib.


 
Hatzius, dollarda güclü gedişin ölkələr arasındakı faiz fərqlərindən irəli gəldiyini qeyd edib və Fed pul siyasətini sərtləşdirərkən, Avropa Mərkəz Bankı və Yaponiya Mərkəzi Bankının hələ də siyasətlərini çox yumuşaq saxlamağa davam etmələrindən dolayı bu vəziyyətin davam etməsini gözlədiyini bildirib.


 
 Hatzius, Goldman-ın Fed-in faizi bazarın gözlədiyindən daha sürətlə artıracağını düşündüyünü qeyd edib. Bank Fedin bu il üç dəfə faiz artırımına gedərək  faizi  1.5%-ə qaldıracağını gözləyir. Bazardakı gözləntilər  faizin 1.25% çıxacağı istiqamətindədir. 

24.01.2017 12:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ