Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda həm bankı, həm də sığorta şirkəti olan 11 şəxs var

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda həm bankı, həm də sığorta şirkəti olan 11 şəxs var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 6 fiziki və 5 hüquqi şəxs var ki, onlar ölkədə həm banka, həm də sığorta şirkətinə sahibdirlər.

 

Reklam_3_11

Həmin şəxslər aşağıdakılardır:

 

1) Yunis İldırımzadə  - "Amrah Bank"ın səhmlərinin 53,16%-nə nəzarət edən bu şəxs həm də "Amrah Sığorta" şirkətinin 85%-lik səhmdarıdır.

 

2) Əmrah İldırımzadə - Yunis İldırımzadənin oğludur, "Amrah Bank"da 0,33%-lik, "Amrah Sığorta" şirkətində isə 15%-lik pay sahibidir.

 

3) Hikmət İsmayılov - "Bank of Baku"nun səhmlərinin 31,11%-nə nəzarət etməklə yanaşı, "Azsığorta" şirkətinin 100%-lik səhmdarıdır.

 

4) Yeganə Şirinova - "Günay Bank"da 38,94%-lik, "Günay Sığorta" şirkətində isə 71,94%-lik pay sahibidir.

 

5) Xanım Məmmədova - "Günay Bank"ın səhmlərinin 2,31%-nə, "Günay Sığorta" şirkətinin səhmlərinin isə 11,45%-nə nəzarət edir.

 

6) Yaşar Qurbanov - "Rabitə Bank"ın nizamnamə kapitalı 40 milyon manat artırılaraq 88,5 milyon manata çatdırılana qədər Bankda 11,34%-lik payı var idi. O, həm də "Meqa Sığorta" şirkətində 15%-lik pay sahibidir.

 

7) "Anadolu Investment Company" - "Azərbaycan Sənaye Bankı"ının 94,2517%-i, "Azərbaycan Sənaye Sığorta" şirkətinin isə 75%-i ona məxsusdur.

 

8) "PAŞA Holdinq" - "PAŞA Bank"ın səhmlərinin 60%-nə, "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" şirkətlərinin səhmlərinin isə 100%-nə nəzarət edir.

 

9) "AzRe Təkrarsığorta" şirkəti - "Azər-Türk Bank"ın səhmlərinin 6,55%-nə nəzarət etməklə yanaşı, "Qala Həyat Sığorta" şirkətinin 91,11%-lik, "Qala Sığorta" şirkətinin isə 100%-lik səhmdarıdır.

 

10) "Nurgun Group" - "NBC Bank"da 6,02%-lik, "Rəvan Sığorta" şirkətində isə 49,1%-lik pay sahibidir.

 

11) "Euro Standard" şirkəti - "Xalq Bank"ın səhmlərinin 33,85%-nə, "Bank Avrasiya"nın səhmlərinin 37,5%-nə, "Xalq Sığorta" şirkətinin səhmlərinin isə 50%-nə sahibdir. 

 

© Renkinq

25.01.2018 06:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ