Bu gün Avroya təsir edə biləcək mühüm qərarlar və çıxış gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Avroya təsir edə biləcək mühüm qərarlar və çıxış gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mario Draqinin çıxışı diqqət mərkəzində 

 

Bu gün Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankı (AMB) iclasının ardından faiz qərarlarını açıqlayacaqdır. Bankın uçot dərəcəsini sıfır səviyyəsində (0,00%), depozit faizini də mənfi 0,40% səviyyəsində saxlayacağı gözlənilir. Bakı vaxtı ilə saat 17:30-da isə sədr Mario Draqinin mətbuat konfransı başlayacaqdır.

 

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının (AMB) bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq mətbuat konfransı öncəsi avronun qiyməti 1.2440 dollara kimi bahalaşıb. Beləliklə, bank sədri Mario Draqinin yumşaq monetar siyasətinin sonu ilə bağlı siqnal verib verməyəcəyi investorların diqqət mərkəzindədir. 

 

Son günlər AMB-nin cümə axşamı yumşaq monetar siyasətinin dayandırılması ilə bağlı siqnallar verə biləcəyi gözləntiləri fonunda avro sürətlə bahalaşmışdır. Burada əsas diqqət mərkəzində bankın gələcəkdə seçəcəyi ifadələr və istiqraz alışı proqramının tamamilə dayandırılması müddəti ilə bağlı hər hansı bir məlumatlardır. Bank sədri Mario Draqinin avronun qiymətində müşahidə edilən güclü bahalaşma ilə bağlı fikirləri də böyük maraqla gözlənilir. 

 

Texniki analizə əsasən, qiymət 1.25 dollara kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, 1.30 dollara kimi də bahalaşacağı proqnozlaşdırılır.

 

Lirə 3.68 TL-ə kimi də bahalaşa bilər

 

Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti bahalaşmaqda davam edir və 3.68TL-ə kimi də bahalaşa bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin sürətlə ucuzlaşması, USD/TRY məzənnəsinin də ucuzlaşmasına təsir edir.

 

Brent nefti 75 dollara kimi də bahalaşa bilər  

 

Enerji bazarlarında da neft qiymətləri 71 dollara kimi 4% dəyər qazanıb. Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70 dolların üzərində qaldıqca, 73 və 75 dollara kimi də bahalaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

 

25.01.2018 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ