Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ağıllı kənd təsərrüfatı texnologiyaları artıq Azərbaycanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağıllı kənd təsərrüfatı texnologiyaları artıq Azərbaycanda
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar sahənin mövcud potensialı və ixrac imkanları nəzərə alınaraq son illər bu sahənin inkişafına dövlət dəstəyi xeyli artmış, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir.

 

Reklam_3_11

Belə ki, fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” tərəfindən gətirilən texnika əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlərlə fermerlərə paylanılır. Bununla yanaşı, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azad olunublar.

 

Ölkəmizdə kənd təsərrüfatının tədricən ekstensiv inkişafdan uzaqlaşaraq intensiv inkişafa keçməsini nəzərə alaraq “Sminagro” şirkəti yeni, daha optimal aqreqat, maşın, texnikaların satışı və satışdan sonrakı xidmətini həyata keçirir.

 

“Sminagro” ABŞ-ın “Spectrum Technologies” şirkəti ilə rəsmi distribütorluq əsasında Azərbaycanda ilk dəfə olaraq bitki yetişdirilməsinə nəzarət edən avtomatlaşdırılmış ağıllı sistemlərin tətbiqinə başlamışdır.

 

Bununla yanaşı, taxıl və dənli bitkilərin yığım anında və ya yığımdan sonra keyfiyyətini ölçən və nəticələrə uyğun olaraq dənli bitkilərin hansı təyinat üzrə istifadə olunacağını əvvəlcədən müəyyən edən avadanlıqların istehsalçısı olan “Perten Instruments” (İsveç) və “Wile” (Finlandiya) şirkətləri ilə uğurlu əməkdaşlıq davam edir.

 

“Sminagro”nun təklif portfelinə həmçinin müxtəlif ölçüyə və gücə malik taxıl və dənli bitki əkən, torpağı əkinə hazır edən aqreqatlar (Özduman), tarla və bağlar üçün dərman çiləyici qoşqular (Öntar), gübrə daşıma tutumu fərqli olan tək və cüt diskli gübrəsəpənlər (Axano), kartof yatağını hazırlayan, kartof əkən, kartofun alaq otlarını təmizləyən və toxa vuran, kartof yığan aqreqatlar (Yığıtsan), sarımsaq əkənlər (SeCa), yem qarışdıran, yem doğrayan, qatı və maye gübrə səpən qoşqular (Kenmaks), heç bir qoşquya və elektrik təminatına ehtiyac olmadan sulama aparan hərəkət edən sulama sistemləri (Yüzüak), torpaq üstü damlama sulama sistemləri (İrritec), müxtəlif ölçü və təyinatlı kotanlar (Aktaş Makina) və s. daxildir.

 

“Sminagro” şirkətinin təklif etdiyi avadanlıq haqqında ətraflı məlumatı www.sminagro.com veb-səhifəsində əldə edə bilərsiniz.

 

“Sminagro” şirkətinin təklif etdiyi məhsulları Aqrolizinq ASC vasitəsilə güzəştli şərtlərlə əldə etmək mümkündür.

26.01.2018 12:50

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ