Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Zaqatalada ilk dəfə əkilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zaqatalada ilk dəfə əkilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il Zaqatala rayonunun fermer təsərrüfatlarında ilk dəfə olaraq 99 hektar sahədə soya bitkisi əkilib. İlk dəfə əkilməsinə baxmayaraq, fermerlər sahələrdən 105 ton məhsul götürməyə müvəffəq olublar. Soya əkilən sahələrin 73 hektarı Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb.

 

Təsərrüfatın rəhbəri müsahibəsində bildirib ki, hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisi idxal olunur. Xeyli araşdırmadan sonra fermer öz təsərrüfatında nümunə üçün soya bitkisini əkməyi qərara alıb. Əkin aparılan 73 hektar sahənin 63 hektarında normal bitiş alınıb. 10 hektar sahə isə uzunmüddətli quraqlıq səbəbindən məhsul verməyib. Fermer ötən il soya əkilən sahələrdən 71,2 ton məhsul götürüb. Hər hektardan orta məhsuldarlıq 11,3 sentner olub. Təsərrüfat rəhbəri bağlanmış müqavilə əsasında bir kiloqramının qiyməti 90 qəpik olmaqla, məhsulun hamısını İmişli Şəkər Zavodunun Yem istehsalı sexinə təhvil verib.

 

Soyanın yüksək rentabelli və qiymətli bitki olduğunu vurğulayan A.Mahmudov deyib: “Xüsusilə, heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yemdir. Bundan əlavə, soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak, boyaq sənayesində də istifadə olunur”.

 

Soya bitkisinin iqtisadi əhəmiyyətini nəzərə alaraq, təsərrüfat rəhbəri bu il soyanın əkin sahəsini artıraraq 80-90 hektara çatdırmağı planlaşdırır.

 

Sahibkar, eyni zamanda, uzun illərdir ki, qarğıdalıçılıqla da məşğul olur. O, ötən il 11 hektar qarğıdalı sahəsindən 60 tondan çox məhsul götürüb. Təsərrüfat rəhbəri məhsul yığımından sonra 15 hektar sahədə təkrar əkin aparıb, daha 20 ton qarğıdalı məhsulu əldə edib.

 

“Muxax” İstehsal Kooperativi son illər günəbaxan istehsalına da maraq göstərir. Ötən il təsərrüfatda 40 hektar sahədə günəbaxan bitkisi yetişdirilib, 72 ton günəbaxan tumu istehsal olunub.

 

© Azərtac

25.01.2018 09:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ