Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Martda bu ölkədə Ticarət Evini açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Martda bu ölkədə Ticarət Evini açacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması gözlənilir.

 

Bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "Ukrinform" agentliyinə müsahibəsində bildirib.

 

Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna bu il ticarət dövriyyəsini 1 milyard ABŞ dollarınadək artırmaq niyyətindədir. Bu məqsədlə martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.

 

Ticarətin Evinin binası Kiyevin mərkəzində yerləşir və müvafiq təmir işləri aparılır. Ticarət Evində Azərbaycan istehsalı olan məhsulların sərgisi təşkil olunacaq və satışı həyata keçiriləcək. Eyni zamanda, biz bazarın təhlilini aparmağı, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyi və Azərbaycan şirkətləri üçün hüquqi əsası təmin etməyi planlaşdırırıq. Ümumiyyətlə, burada həm özəl, həm də dövlət sektorunda bütün Azərbaycan biznesinin əlaqələndirilməsi aparılacaq. Düşünürəm ki, bu, bizim yeni investorlar üçün də yaxşı platforma olacaq, burada kiçik, orta və böyük həcmli investisiya layihələri müzakirə olunacaq və qərarlar qəbul ediləcək.

 

"Əminəm ki, bu, nəinki Azərbaycan biznesi, Ukrayna biznesinin inkişafı üçün də yaxşı platforma olacaq. Ukraynanın bir çox maraqlı məhsulları və layihələri var ki, Mərkəzi Asiya və İran bazarlarına idxal və ixracına ehtiyacı var. Lakin bu, bir sıra səbəblər üzündən mümkün deyil. Düşünürəm ki, Azərbaycan və yeni açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə bu imkanların həyata keçirilməsi mümkündür", - deyə diplomat qeyd edib.

 

© Azərtac

25.01.2018 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ