Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dolların ucuzlaşması Tramp üçün müsbətdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolların ucuzlaşması Tramp üçün müsbətdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ağ Evin Mətbuat sözçüsü Sarah Sanders, Ağ Evin gündəlik mətbuat brifinqində dolların dəyərinə dair açıqlama verib.


"Marja" xəbər verir ki, bir mətbuat nümayəndəsinin  "Ağ Ev dolların güclü, yoxsa zəif olmasını üstünlük verir?" sualına, Trampın sərbəst məzənnə rejiminə inandığını bildirən Sanders, "Hazırda dollar, ABŞ iqtisadiyyatının yaxşı getməsinə görə olduqca sabitdir" deyib.


 
"Zəif dollar yaxşı xəbərdir"

 

Doların dəyərinin Ağ Ev-in mətbuat brifinqində gündəmə gəlməsinə, ABŞ-ın xəzinə naziri Steven Mnuchin-in İsveçrənin Davos qəsəbəsində davam edən Dünya İqtisadi Forumunda etdiyi açıqlamalar səbəb olub.
 

Mnuchin, dollarda son dövrlər baş verən geriləməni qiymətləndirərkən, "Açığı, daha zəif dollar ticarət və imkanlar baxımından yaxşı xəbərdir" ifadəsini işlətmişdi.


 
Mnuchin, uzun dövrdə isə güclü dolların Amerika iqtisadiyyatının gücünü əks etdirdiyini bildirərək, ABŞ dollarının dünyanın əsas ehtiyat (rezerv) pul vahidi olmağa davam edəcəyinə inandığını dilə gətirmişdi.
 
 

İndeks 3 ilin ən aşağı səviyyəsində


 ABŞ dollarının avro, Yapon yeni, İngilis funt-sterlinqi, Kanada dolları, İsveç kronu və İsveçrə frankı olmaqla 6 əsas pul vahidinə qarşı dəyərini ölçən Dollar indeksi, bu açıqlamalardan sonra 88,76 səviyyəsinə qədər enib.
 

Beləliklə, indeks 2014-cü ilin Dekabr ayından bu yana ən aşağı səviyyəsinə geriləyib. Avro/dollar məzənnəsi isə 1,24 səviyyəsini aşıb.
 

Mütəxəssislər, Amerika dollarında müşahidə edilən ucuzlaşmanın, ABŞ-ın ixracat həcmini artırmağı və xarici ticarət kəsirini azaltmağı hədəfləyən Tramp üçün müsbət olacağını bildirirlər.

 

"DOLLARIN GÜCLƏNƏCƏYİNİ GÖZLƏYİRƏM"

 

İsveçrənin Davos qəsəbəsində davam edən Dünya İqtisadi Forumunda çıxış etmiş Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard, dolların güclənməsini gözlədiyini söyləyib.
 
"Doların qiyməti bazar tərəfindən müəyyən olunur" deyən Laqard, "ABŞ-ın vergi islahatı, yəqin ki, dolların möhkəmlənməsinə səbəb olacaqdır" şəklində danışıb. 
 

25.01.2018 12:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ