Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“MET-AK” istiqrazlarının hərracı "AzFinance"da yaranan problemə görə baş tutmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MET-AK” istiqrazlarının hərracı "AzFinance"da yaranan problemə görə baş tutmayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Fond Birjasında (BFB) “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb.

 

Reklam_3_11

"Marja"nın əldə etdiyi məlumata görə, hərrac "texniki problemə görə" gələn həftəyə təxirə salınıb.


"Elan edildiyi kimi, yerləşdirmənin anderrayteri "AzFinance" İnvestisiya Şirkəti QSC-dir. Şirkətdən bizə bildirildi ki, istiqrazlara sifarişlər olub, lakin şirkətdən qaynaqlanan texniki problem yaranıb. Onlar problemi bizə aydın izah etməyiblər. Sadəcə narahat olmamağımızı, hərracın gələn həftə keçiriləcəyini bildirdilər"- "Marja"ya "Metak" şirkətindəki mənbəsi bildirib.

 

"AzFinance" İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev "Marja"ya bildirdi ki, bu barədə açıqlama verəcəklər:

 

"Hərracın nə üçün təxirə salındığı barədə ətraflı açıqlama verəcəyik".

 

Xəbər verdiyimiz kimi, "MET-AK"ın emissiyasının həcm 2 000 000 AZN olmaqla, hər birinin nominal qiyməti 1000 AZN olan 2000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti  1 il (365 gün), faiz dərəcəsi (illik) 14 %, faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir (90 gün).

 

Əlavə edək ki, MET-AK istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

 

Anderrayter - emitentlə (qiymətli kağızı buraxan) investorlar arasında vasitəsi kimi çıxış edən, qiymətli kağızlar buraxılışının ilkin yerləşdirilməsinə və satışına zəmanət verən və onu təşkil edən şirkətdir.

25.01.2018 13:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ