Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Draghi: Avrodakı volatillik qeyri-müəyyənlik yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Draghi: Avrodakı volatillik qeyri-müəyyənlik yaradır

Avropa Mərkəzi Bankının sədri Mario Draghi faiz qərarından sonra keçirdiyi mətbuat konfransında açıqlamalar verib. 


"Marja" xəbər verir ki, Draghi, faizlərin uzunu müddət ərzində mövcud səviyyələrdə qalmasını gözlədiklərini qeyd edərək "konkret qiymətli kağızlar alışı proqramımızının aylıq həcminin 30 milyard avro məbləğində olaraq sentyabrın sonuna qədər ya da lazım gəlsə daha uzun müddət davam etməsini nəzərdə tuturuq" ifadəsini istifadə edib.


 

Draghi iqtisadi inkişaf təkanının möhkəm və genişmiqyaslı olduğunu deyib.


 
İqtisadi artıma qarşı risklərin böyük ölçüdə balanslaşdırıldığını qeyd edən Sədr, baza  inflyasiyanın orta müddətdə mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.


 
Draghi Avrodakı volatilliyin (dəyişkənlik)  qeyri-müəyyənlik yaratdığını deyib. Draghi bu ifadələri işlədib:  "Valyuta məzənnələrindəki mövcud volatillik qeyri-müəyyənlik mənbəyi kimi qarşımıza çıxmaqdadır, təsirləri mənasında yaxından izlənməlidir".
 

Draghi qlobal amillərə və valyuta bazarlarına bağlı olaraq aşağı istiqamətli risklərin davam etdiyini deyib. Draghi valyuta məzənnəsi hədəflərinin olmadığını, məzənnələrin qiymət sabitliyi (inflyasiya) üçün əhəmiyyətli olduğunu deyib.

 

"HƏLƏLİK, QƏLƏBƏNİ ELAN EDƏ BİLMƏRİK"

 
Draghi, "İqtisadiyyatda artım gözlədiyimizdən də güclü oldu. Aşağı istiqamətli risklər var, geosiyasi risklər mənasında və xüsusilə məzənnədə risklər var, amma bunlar nisbətən tarazlanıb. Ancaq hələ ki, qələbə elan edə bilmərik, çünki inflyasiya təzyiqləri davam edir və inflyasiya hələ də inandırıcı deyil",- deyib.

 

AVRO BAHALAŞDI

 

Draghinin Avro Bölgəsindəki güclü iqtisadi inkişafa diqqət çəkməsi, Avronun bahalaşmasına səbəb olub.
 
 
Avro/dollar məzənnəsi, Draghi-nin açıqlamaları ilə yüksəlişə keçib və məzənnə 1 faiz qalxaraq 1.25 səviyyəsini keçərək 1.2528 səviyyəsini görüb (Saat 18:05-ə olan məlumat). Məzənnə  2014-cü ilin Dekabr ayından bəri ilk dəfə 1.25 səviyyəsini aşıb.


Avronun dollar qarşısında bahalaşmasına, Davosdakı çıxışçıların açıqlamaları ilə zəifləyən dollar təsir göstərib. 

25.01.2018 15:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ