Səudiyyə Ərəbistanı Azərbaycana 37 min kiloqramdan çox ət göndərib
Yanvarın 25-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi tərəfindən məcburi köçkün ailələrinə qurban əti paylanılıb.
Səudiyyə Ərəbistanı Krallığı Füzuli, Biləsuvar, Beyləqan və İmişli rayonlarında məskunlaşmış məcburi köçkünlərə əvvəlki illərdə olduğu kimi, “Qurban əti istifadəsi” layihəsi çərçivəsində 37 min 300 kiloqram qurban əti göndərib. İslam İnkişaf Bankının xətti ilə çatdırılan yardım Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.
Qurban əti məcburi köçkünlərə paylanılıb.
Qeyd edək ki, bu layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir. Krallıq ən böyük donor ölkə hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Səudiyyə Ərəbistanı dünyada lider ölkədir. Bu yardımlar ölkə ÜDM-in 1,5 faizini təşkil edir. Bundan əlavə, Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə də dünya dövlətləri sırasında öncül yer tutur. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollara çatıb. Bu yardımlardan dünyanın 75 dövləti faydalanıb ki, onların da əksəriyyəti müsəlman ölkələridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
13 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
16 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
17 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 20 saat əvvəl
- 20 saat əvvəl