Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kür çayındakı ada turizmə açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kür çayındakı ada turizmə açılır

Mingəçevir turizm potensialı olan şəhərlərdən biridir. Şəhərə gələn yerli və xarici turistlər yay aylarında artıq ən yeni məkanlarda istirahət edə biləcəklər. Özü də Kür çayındakı adada.

 

Reklam_3_11

Artıq bu istiqamətdə mühüm işlərin görülməsinə başlanılıb. Adada yaşıllıq zonası və turistlərin yüksək səviyyədə dincəlməsi üçün vacib obkeytlər olacaq.

 

Yerli və xarici turistlər Mingəçəvirdə olarkən Kür çayının hövzəsindəki adaya da səfər edə biləcəklər. Adaya turist cəlb etmək üçün ilkin olaraq orada ağaclar əkilir.

 

1 hektara yaxın ərazini əhatə edən ada kol-kos, ağac qırıntıları və aşmaq təhlükəsi olan ağaclardan təmizlənir. Həmin ağacların yerində 2 minə qədər yeni ting basdırılır.

 

Kür çayının hövzəsindəki məkanda görülən işlər bununla yekunlaşmayacaq. Burada Mingəçevirə gələn istər xarici, istərsə də yerli turistlərin asudə vaxtlarını xoş keçirmələri üçün istirahət guşəsi də yaradılacaq.

 

“Ada” müxtəlif atıcılıq oyunlarının keçirilməsi üçün tam hazırdır.

 

Turistlərin daşınması üçün xüsusi gəmilər də olacaq. Məhz bu gəmilər vasitəsilə turistlər sahildən adaya aparılacaq. İşlərin may ayına qədər yekunlaşdırılması, yay aylarında isə artıq turistlərin adaya səyahətinin təşkil olunması nəzərdə tutulub.  

26.01.2018 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ