Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Azərbaycanın kurort şəhərinə Afrika və Avstraliyadan turistlər gəlməyə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kurort şəhərinə Afrika və Avstraliyadan turistlər gəlməyə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il Naftalanın istirahət-əyləncə və sağlamlıq mərkəzləri 62 ölkədən 7 min 309 nəfər xarici turist qəbul edib. Bu, həm 2016-cı illə müqayisədə 2266 nəfər çoxdur, həm də paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. Həmin mərkəzlərdə il ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar.

 

Həmçinin Naftalanın istirahət mərkəzləri ötən il ilk dəfə olaraq dünyanın bütün qitələrindən və ayrı-ayrı regionlardan turist qəbulunu həyata keçiriblər.

 

Ötən il Naftalanın möcüzəvi müalicə əhəmiyyətli neft vannalarında ilk dəfə olaraq Asiya qitəsindən Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippindən, Amerika ölkələrindən Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrika respublikalarından, hətta uzaq Avstraliyadan gələn turistlər sağlamlıqlarını bərpa ediblər.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, 2017-ci ildə Naftalanın bütün otelləri və sağlamlıq mərkəzləri yüksək göstəricilərlə fəaliyyət göstərib.

 

Ülfət Əliyev deyib ki, bu mərkəzlərdə istirahət edənlərin sayının ildən-ilə artmasına təsir göstərən amillərdən biri də ötən illərdə burada müalicə alan turistlərin yenidən Naftalanı seçməsi ilə əlaqədardır.

 

“Hətta elə turistlər var ki, onlar hər il Naftalana gəlirlər. Bir dəfə Naftalana gəlib, təkrar burada müalicə almaq istəməyən turist tapmaq çətindir. Elə xarici turistlər də var ki, onlar vaxtilə Naftalanda müalicə almış və neft vannasının möcüzəvi təsiri ilə öz sağlamlıqlarını tamamilə bərpa edən insanların ailə üzvləri, yaxın qohumları və ya dostlarıdır”, - deyə Ülfət Əliyev qeyd edib.

 

Bildirilib ki, turistlərin sayındakı artımı və tələbatı nəzərə alan Naftalan şəhər rəhbərliyi tərəfindən yeni sağlamlıq-istirahət mərkəzləri açmaq istəyən sahibkarlara dəstək göstərilib. Hazırda şəhərdə iki otelin və bir istirahət-sağlamlıq mərkəzinin fəaliyyətə başlaması üçün aparılan işlər yekunlaşmaq üzrədir.

 

© Azərtac

26.01.2018 06:18

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ