Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Trump: Dollar daha da möhkəmlənəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump: Dollar daha da möhkəmlənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Güclü bir dollar görmək istəyirəm"


 

ABŞ Prezidenti Donald Trump, dolların güclənməyi davam etdirəcəyini və xəzinə naziri Steven Mnuchinin "zəif dollar ABŞ-ın xarici ticarəti üçün yaxşıdır" sözlərinin təhrif edildiyini bildirib.


 
"Marja" xəbər verir ki, Davosda çıxış etmiş Trump, "Dollar daha da möhkəmlənəcək və nəhayət, güclü bir dollar görmək istəyirəm",- deyib.


 
 ABŞ Prezidenti çıxışında ABŞ iqtisadiyyatının artmaqda davam etməsilə dolların güclənəcəyini ifadə edib.


 
Dollar Trump-ın çıxışının ardından, xəzinə naziri Mnuchinin çıxışından sonra qeyd etdiyi itkilərini silib.

 

 MNUCHİN NƏ DEMİŞDİ?

 

ABŞ-ın xəzinə naziri Steven Mnuchin-in İsveçrənin Davos qəsəbəsində davam edən Dünya İqtisadi Forumunda, "Açığı, daha zəif dollar ticarət və imkanlar baxımından yaxşı xəbərdir" ifadəsini işlətmişdi.

 
Mnuchin, uzun dövrdə isə güclü dolların Amerika iqtisadiyyatının gücünü əks etdirdiyini bildirərək, ABŞ dollarının dünyanın əsas ehtiyat (rezerv) pul vahidi olmağa davam edəcəyinə inandığını dilə gətirmişdi.
 
 

Mütəxəssislər, Amerika dollarında müşahidə edilən ucuzlaşmanın, ABŞ-ın ixracat həcmini artırmağı və xarici ticarət kəsirini azaltmağı hədəfləyən Tramp üçün müsbət olacağını bildirirdilər.

 

Dünən 1.25 səviyyəsini aşan Avro/Dollar məzənnəsi yenidən 1.2426 səviyyəsinə düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb).

26.01.2018 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ