Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda da “Kriptovalyuta bazarının tənzimlənməsi” ilə bağlı qanun layihəsinin hazırlanması istiqamətində işlər aparılır. Bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib.

 

“Prezidentin DAVOS-dakı rəsmi görüşləri, o cümlədən ölkədə kriptovalyutanın mayninq proseslərinə rəsmi səviyyədə diqqət göstərilməsi onu deməyə əsas verir ki, rəsmi açıqlama olmasa da, hökumət bu istiqamətdə ciddi addımlar atmaq niyyətindədir. Qonşu ölkələrdə və dünyada gedən proseslər də göstərir ki, mayninq sahəsində təmərküzləşmə gedir, balaca oyunçular, balaca şirkətlər sıradan çıxarılır. Enerjisi ucuz ölkələrə diqqət artır”.

 

Ekspert onu da deyib ki, kriptovalyutaların arxasındakı kapilaşma dövriyyəsi o qədər yüksək həddə çatıb ki, artıq dünya ölkələri, maliyyə institutları üçün tənzimləmə məsələsi istər-istəməz qaçılmaz olub:

 

“Dünyanın da gedişatı göstərir ki, hələlik bu sahənin tənzimlənməsinə vahid bir yanaşma yoxdur. Bəzi ölkələr hətta lap irəli gedərək kriptovalyuta üçün pulun əsas funksiyasını – ödəniş vasitəsi olmasını qəbul ediblər. Bəziləri isə tam qadağan ediblər. Hazırda müşahidələr göstərir ki kriptovalyutanın leqallaşdırılması istiqamətində atılan addımlar çoxalmaqdadır”.

 

Ölkəmizdə bu sahə necə tənzimlənəcək? 


“Bu fəaliyyət sahəsi, İCO layihələrə investisiya toplanması prosesi lisenziyalaşacaqmı, kriptovalyuta ödəniş vasitəsi olacaqmı, rəqəmsal valyutaları digər valyutalara mübadilə etmək qanuni olacaqmı?. Vergilər necə tənzimlənəcək? Bütün bu tip sualların cavabı hökumətin hazırlayacağı yeni qanun layihəsində olacaq. Düşünürəm ki, hökumətin istənilən halda bu istiqamətdə səylər göstərməsi doğru yanaşmadır”,- Osman Gündüz bildirib.

 

Osman Gündüz vurğulayıb ki, yaxın perspektivdə kriptovalyutalar, blokçeyin texnologiyaları dünyanın maliyyə-bank sistemini tamamilə dəyişəcək.

 

© Banker

26.01.2018 07:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ