Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sorosa görə Bitcoin tipik bir "köpükdür"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sorosa görə Bitcoin tipik bir "köpükdür"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tanınmış investor Corc Soros Bitcoin ilə bağlı xəbərdarlıqlar edib.

 

"Marja" xəbər verir ki, Davosdakı çıxışında bir iştirakçının virtual pullarla bağlı sualına cavab verən Soros, kriptovalyutaların tipik "köpük" xarakterində olduğunu və sabit investisiya vasitəsi olmadığını söyləyib.


 
Soros, "Diktatorlar artdıqca, daha fərqli bir nəticəyə gələcəksiniz, çünki bu ölkələrin rəhbərləri Bitcoini xaricdə saxladıqları bir qara gün valyutasına çevirəcəklər" - deyib.


 
 Bitcoinin arxasındakı Blockchain texnologiyasını müsbət qiymətləndirən Soros, Açıq Cəmiyyət Fondlarında bu texnologiyanı köçkünlərin bir-biri ilə ünsiyyətə qurmaq və pullarını etibarlı bir şəkildə saxlamaları üçün istifadə etdiklərini söyləyib.

 

KRİPTOVALYUTA BAZARINDA QİYMƏTLƏR 

 

İlin əvvəllərində ciddi bir geriləmə qeyd edən kriptovalyutalar, bu günlərdə daha sabitdirlər.


 
"Bitstamp" məlumatlarına görə, bu səhər Bitcoin 0,8 faiz artımla 11 min 346 dollardan əməliyyat olunub. Bənzər şəkildə Litecoin və Ethereumda da səhər saatlarında kəskin qiymət dəyişməsi olmayıb. Litecoin 0,2 faiz artımla 179 dollardan, Ethereum isə 0,5 faiz artımla 1065 dollardan işticarət olunub.


 
 Ripple-da isə ucuzlaşma mövcuddur. Kripto valyuta 4 faiz geriləmə ilə 1,26 dollardan əməliyyat olunub.

26.01.2018 08:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ