Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azercell-in də daxil olduğu "ailənin" daha bir üzvü satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in də daxil olduğu "ailənin" daha bir üzvü satılır

"Turkcell" və "Telia Sonera" şirkətlərinə məxsus "Fintur" şirkəti "Gürtel Telekomünikasyon" şirkətinin sahibidir (99,99 faiz paya malikdir). "Gürtel Telekomünikasyon" şirkəti isə Gürcüstandakı "Geocell" şirkətinin sahibidir (100% payla).

 

"Marja" xəbər verir ki, "Fintur" şirkəti "Geocell"i Gürcüstan şirkəti "Silknet"ə 153 milyon dollara satmaq üçün ilkin saziş imzalayıb. 
 

Prosesin rəsmi qurumun razılığından sonra başa çatdırılması nəzərdə tutulur.

 

Bu həftə həmçinin, Qazaxıstanın telekommunikasiya operatoru "Kazakhtelecom", "Kcell"in 75 faiz səhmini satın almaq üçün Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Təbii İnhisarların Tənzimlənməsi və Rəqabətin Qorunması Komitəsinə müraciət etmişdir.

 
"Kcell"in 24 faizi "Teliasonera Kazakhstan Holdinq B.V."yə aiddir. Bundan başqa "Telia Sonera"nın "Türkcell" ilə birgə şirkəti "Fintur Holdings" şirkəti "Kcell"in 51 faiz səhminə sahibdir.

 

"Telia Sonera", 2017-ci ilin sonuna qədər bütün aktivlərini sataraq, Azərbaycan daxil Avrasiya regionundan çıxmağı planlaşdırdığını açıqlamışdı.

 

"Turkcell"in Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovadakı fəaliyyətini təmin edən "Fintur" şirkətində (Fintur Holdings B.V) 41,45 faiz payı var. Qalan 58,55 faiz pay isə "Telia Sonera"ya aiddir. "Telia Sonera" "Fintur"dakı payını da satacağını elan edib.


 
"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” Şirkətlər qrupuna daxildir.


 
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. "Turkcell"in səhmdarı olduğu “Fintur”un dolayı yolla “Azercell”sə 51,3% payı var.

 

"Fintur" şirkətinin“Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.”dəki payının da satılacağı gözlənilir.

26.01.2018 08:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ