Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan hökumətinin Beynəlxalq Bankdakı payı 91%-i keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan hökumətinin Beynəlxalq Bankdakı payı 91%-i keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) nizamnamə kapitalının 600 mln. manat və yaxud 93,56% artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsü dəyişib.

 

Kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 0,27 manat olan 2 222 222 223 ədəd adi səhmlərin hamısını kredit təşkilatının əsas səhmdarı olan Maliyyə Nazirliyi əldə edib. Alqı-satqı “Unicapital” investisiya şirkətinin anderayterliyi ilə baş tutub. Son nəticədə Nazirliyin ABB-dəki payı 54,96%-dən 76,73%-ə yüksəlib.

 

Əvəzində Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payı 28,18%-dən 14,56%-ə, 12 qeyri-dövlət müəssisəsinin və 1 761 fiziki şəxsin toplam payı isə 16,86%-dən 8,71%-ə düşüb. “Aqrarkredit”in səhmlərinin 100%-i Azərbaycan hökumətinə məxsus olduğunu nəzərə alsaq, Beynəlxalq Bankda dövlətin payının 91,29%-ə çatdığını demək olar.

 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır.

 

© Report

24.01.2017 13:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ