Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Trampın dollara dəstəyi qısa davam etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın dollara dəstəyi qısa davam etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu həftəyə ucuzlaşma ilə başlayan dollar, ABŞ-ın xəzinə nazirinin "zəif dollar ABŞ-ın xarici ticarəti üçün müsbətdir" açıqlamasının ardından daha da dəyərdən düşmüş və ABŞ Dolları İndeksi son illərin ən aşağı səviyyəsinə geriləmişdi.
 

Davosdakı toplantıda iştirak edən ABŞ Prezidenti Donald Trump, xəzinə naziri Mnuchi-nin sözlərinin onun zəif dollar istədiyi mənasına gəlmədiyini, sözlərinin təhrif edildiyini, dolların güclənəcəyini deyib.
 

Tramp, ABŞ iqtisadiyyatında inkişafın davam edəcəyini və  iqtisadi artıma bərabər olaraq dolların daha da güclənəcəyini qeyd edib.  Trampın bu sözləri dolların bahalaşmasına səbəb olmuşdu. Lakin Dolların möhkəmlənməsi uzun çəkmədi.
 

"Marja" xəbər verir ki, bu gün yenidən istiqamətini aşağı çevirən ABŞ Dolları İndeksi 88,44 səviyyəsinə qədər geriləyib.

 

Avro/dollar məzənnəsi dünən 1.25 üzərinə çıxdıqdan sonra "Trampın dollar daha da güclənəcək, mən  güclü dollar görmək istəyirəm" açıqlamasının ardından 1.2416 səviyyəsinədək düşmüşdü. Hazırda isə məzənnə yenidən yüksəlir. Bu dəqiqələrə olan məlumata görə, Avro Dollar qarşısında 0,5% bahalaşıb və Avro/dollar məzənnəsi 1.2463 səviyyəsinə qalxıb.

26.01.2018 12:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ