Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Partlayış "Ofisait" mağazasında baş verməyib AÇIQLAMA -YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Partlayış "Ofisait" mağazasında baş verməyib AÇIQLAMA -YENİLƏNİB

13:00

 

“Ofisait”: Müştərilər yaxınlıqda yerləşən mağazamıza müraciət edə bilərlər


 

Xəbər verildiyi kimi, Bakıda Dilarə Əliyeva küçəsi 235A ünvanında yerləşən binanın zirzəmisinə qaz sızması nəticəsində güclü partlayış baş verib. Partlayış nəticəsində binanın bir neçə mərtəbəsinə, o cümlədən 1-ci mərtəbədə yerləşən “Ofisait” mağazasına böyük ziyan dəymişdir.

 

“Ofisait” şirkətlər qrupu hadisə ilə bağlı açıqlama yayıb.

 

Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada qeyd olunur ki, partlayış səhər iş başlamamışdan öncə baş verdiyindən şirkətin əməkdaşlarından xəsarət alan yoxdur.

 

“Sevindirici haldır ki, hadisə nəticəsində ölən və yaralanan əməkdaşımız yoxdur. Lakin partlayış nəticəsində mağazada ciddi ziyan yaranıb, mallar yararsız vəziyyətə düşüb. Bu səbəbdən mağaza fəaliyyətini dayandırıb. Müştərilərdən yaxın ünvanda – 28 May küç 56 ünvanında fəaliyyət göstərən “Ofisait” mağazasına müraciət etmələri xahiş olunur.

 

“Ofisait” şəbəkəsi 27 mağazadan ibarətdir. Bakının bir çox ünvanında şəbəkənin mağazası fəaliyyət göstərir. Bundan başqa, şirkətin www.ofisait.com portalı vasitəsilə onlayn şəkildə ofis və məktəb ləvazimatlarının satışı həyata keçirilir”,- açıqlamada deyilir.

 

Şirkət açıqlamasında qeyd edib ki, dəyən zərərin hesablanmasına başlanılıb. Qısa müddətdə mağazanın yenidən qurularaq müştərilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, “Ofisait” mağazaları“Topdan qiymətinə pərakəndə” devizi ilə ekoloji sağlam ofis və məktəb ləvazimatlarının satışını təşkil edir.

 

 

09:55

 

"Mətbuatın yazdığı kimi partlayış "Ofisait" ofis və dəftərxana ləvazimatları mağazasında deyil, mağazanın altında yerləşən zirzəmidə (mənfi 1-də) baş vermişdir".


Bu barədə "Marja"ya "Ofisait" mağazalar şəbəkəsindən bildirilib.

 

Qeyd edilib ki, xeyli müddətdir zirzəmidəki obyektdə təmir işləri aparılırdı, qaz sızması da həmin obyektdə baş vermişdir.

 

Mağazadan qeyd edilib ki, onlarda olan məlumata görə, hadisə nəticəsində ölən yoxdur, xəsarət alanlar var.

 

Qeyd edək ki, Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın zirzəmisində yerləşən obyektdə qaz sızması nəticəsində qəza olub.

27.01.2018 06:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ