Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Ofisait”dən partlayışla bağlı daha təfərrüatlı açıqlama!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ofisait”dən partlayışla bağlı daha təfərrüatlı açıqlama!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ofisait”: Müştərilər yaxınlıqda yerləşən mağazamıza müraciət edə bilərlər


 

Reklam_3_11

Xəbər verildiyi kimi, Bakıda Dilarə Əliyeva küçəsi 235A ünvanında yerləşən binanın zirzəmisinə qaz sızması nəticəsində güclü partlayış baş verib. Partlayış nəticəsində binanın bir neçə mərtəbəsinə, o cümlədən 1-ci mərtəbədə yerləşən “Ofisait” mağazasına böyük ziyan dəymişdir.

 

“Ofisait” şirkətlər qrupu hadisə ilə bağlı açıqlama yayıb.

 

Şirkətdən "Marja"ya daxil olmuş açıqlamada qeyd olunur ki, partlayış səhər iş başlamamışdan öncə baş verdiyindən şirkətin əməkdaşlarından xəsarət alan yoxdur.

 

“Sevindirici haldır ki, hadisə nəticəsində ölən və yaralanan əməkdaşımız yoxdur. Lakin partlayış nəticəsində mağazada ciddi ziyan yaranıb, mallar yararsız vəziyyətə düşüb. Bu səbəbdən mağaza fəaliyyətini dayandırıb. Müştərilərdən yaxın ünvanda – 28 May küç 56 ünvanında fəaliyyət göstərən “Ofisait” mağazasına müraciət etmələri xahiş olunur.

 

“Ofisait” şəbəkəsi 27 mağazadan ibarətdir. Bakının bir çox ünvanında şəbəkənin mağazası fəaliyyət göstərir. Bundan başqa, şirkətin www.ofisait.com portalı vasitəsilə onlayn şəkildə ofis və məktəb ləvazimatlarının satışı həyata keçirilir”,- açıqlamada deyilir.

 

Şirkət açıqlamasında qeyd edib ki, dəyən zərərin hesablanmasına başlanılıb. Qısa müddətdə mağazanın yenidən qurularaq müştərilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, “Ofisait” mağazaları“Topdan qiymətinə pərakəndə” devizi ilə ekoloji sağlam ofis və məktəb ləvazimatlarının satışını təşkil edir.

27.01.2018 09:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ