Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tikinti şirkətləri qiymətlər ilə necə "oynayırlar"?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti şirkətləri qiymətlər ilə necə "oynayırlar"?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mütəxəssislərə görə, normal gəlir səviyyəsinə malik, valideynlər və iki-üç uşaqdan ibarət ailə üçün sahəsi 70-100 kvadratmetr aralığında olan yaşayış sahəsi ideal mənzil hesab edilir. Sahəsi bundan artıq olan mənzil yükdür.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, sahəsi 100 kvadratmetrədək olan mənzil alarkən belə aşağıda sadalayacağımız məqamlara diqqət yetirmək lazımdır.

 

EYVAN SAHƏSİNƏ VƏ SAYINA FİKİR VERİN

 

1 və ya 2 otaqlı mənzildə eyvan sayına və sahəsinə fikir vermək lazımdır. Yuyulan paltarların qurudulması üçün kiçik bir eyvanın olması kifayətdir. Ümumi sahəsi 65 kvadratmetrədək olan mənzilin 2, sahəsi 100 kvadratmetr ətrafında olan mənzilin isə 3-4 eyvanının olması itkidir. Bu eyvanların cəmi sahəsi 6-8 kvadrat metrədək çıxa bilər. Onsuz da sahəsi az olan mənzilin xeyli hissəsinin istifadəsiz olması yolverilməzdir. Xüsusilə, eyvan binanın gün görməyən və ya şəhərin gurultulu küçəsi tərəfində olduqda daha çox istifadəsiz qalır.

 

Almaq istədiyiniz mənzildə 1 eyvan olsa belə, onun böyüklüyünə baxın.

 

Məsələn, hazırda Bakıda pilot layihələrdən birində satılan 51 kvadratmetr mənzilin təxminən 8 kvadratmetri eyvandır. Həmin layihədə təmirli mənzilin 1 kvadratmetrinin qiyməti 1350 manatdır. Bu qiymətlə hesabladıqda həmin 8 kvadratmetrlik eyvan üçün 10800 manat ödənilməlidir. Alıcı bu məbləği ödəyəcək, amma böyük ehtimalla  həmin sahənin böyük hissəsi istifadəsiz qalacaqdır. 51 kvadratmetr sahəyə malik mənzilidə 3 kvadratmetrədək eyvan kifayət edir. Yuxarıda qeyd edilən mənzili alan şəxs eyvanın 5 kvadratmetr daha böyük olmasına görə 6750 manat itirəcəkdir.

 

Qeyd edək ki, tikinti şirkətləri divarı, pəncərəsi olmayan eyvanı da yaşayış sahəsi qiymətinə satırlar. Bəzi şirkətlər, eyvanların sayını və sahəsini artıraraq daha çox qazanc götürürlər. Eyvanın tikintisi, şirkətə yaşayış sahəsi qədər baha başa gəlmir.

 

DƏHLİZİN SAHƏSİNƏ DƏ DİQQƏT YETİRİN

 

Alacağınız mənzilin dəhlizinin sahəsinə də diqqət yetirin. Məsələn, Bakıda əksər layihələrdə 2 otaqlı mənzillər 70-90 kvadratmetr ətrafında olur. Bu sahənin 15-20 kvadratmetrini dəhliz, 6-8 kvadratmetrini də balkon (eyvan) təşkil edir. Paytaxtda mərkəzə çox yaxın ərazilərdə təmirsiz (qara suvaq) mənzilin 1 kvadratmetrinin qiyməti 1400-1600 manat, kənarlarda (Qara Qarayevdə, Neftçilərdə və s.) isə 900-1000 manat civarındadır. İkiotaqlı mənzildə dəhliz və balkonun sahələrinin yuxarıda göstərilən sahələrin yarısı qədər (dəhliz 7-10 kv.m, balkon 3-4 kv.m) olması kifayətdir.  Binanın yerləşdiyi ərazidən asılı olaraq 1 kvadratmetrin qiymətlərilə hesablasaq sahələrin böyük olması nəticəsində müştəri təxminən 10 000 – 20 000 manat civarında pul itirir. İkiotaqlı mənzil alarkən elə layihələrdən mənzil almaq lazımdır ki, salon, yataq otağı və mətbəxt normal sahələrdə olsun, ümumi sahə dəhliz və balkona görə böyük olmasın.

 

KİÇİK MƏNZİLDƏ BÖYÜK DƏHLİZ DAHA BÖYÜK İTKİDİR

 

Dəhliz (hol) mənzilin giriş hissəsidir, insan gününü bu hissədə keçirmir. Ümumi sahəsi az olan mənzillərdə (44-64 kv.m civarında) dəhlizin böyük olması salon və mətbəxin daralacağı deməkdir. Sahəsi az olan mənzil alan zaman dəhlizin kiçik olmasına və ya kiçildilməsi imkanının olub-olmadığına baxın.

 

Əksər tikinti şirkətləri alıcılara mənzilin daxilində dəyişikliklər etmək imkanı yaradırlar. Bu imkanı yaradan şirkətlərdən mənzil almağı tövsiyə edirik. Eyni zamanda, mənzilin layihəsi dəyişikliklər aparmağa da imkan verməlidir. Elə layihələr var ki, nə qədər etsəniz effektiv mənzil planlaşdıra bilməyəcəksiniz.

 

TUALET VƏ HAMAMI BİR YERDƏ OLAN MƏNZİLİ SEÇƏ BİLƏRSİNİZ

 

Sahəsi kiçik olan mənzillərdə tualet və hamamın ayrı olması da yer itkisidir. Tualet və hamamı bir yerdə olan mənzili seçə bilərsiniz. Və yaxud hamam və tualet ayrı-ayrılıqda olsa da, sahələri elə də böyük olmamalıdır.

 

Təbii ki, yaxşı maddi imkanı olan şəxslər daha geniş dəhlizi, otaqları, eyvanları hətta 2 hama-tualeti  olan mənzil ala bilərlər.

 

Geniş sahənin olması üçün mənzildə əşyaların doğru yerləşdirilməsi də önəmlidir.

 

AŞAĞI QİYMƏT TƏKLİF EDİLDİKDƏ ON DƏFƏ DÜŞÜNÜN

 

Bir sıra tikinti şirkətləri mənzilləri bazar qiymətlərindən aşağı təklif edirlər. Araşdırmalar göstərir ki, bu “ucuzluq” həm keyfiyyətin aşağı olması, həm də bir sıra çatışmazlıqlar ilə bağlıdır. Məsələn, binanın fasadı sadəcə suvanaraq rənglənir. Belə olan halda isə sakinlər yaşadıqları zamanı qışda mənzillərin isidilməsinə, yayda isə soyudulmasına daha çox pul xərcləyirlər. Elə şirkətlər də var ki, izolyasiyaya önəm verirlər. 

 

Təcrübə göstərir ki, mənzilləri daha ucuz qiymətlər ilə satılmış binalara daha gec təbii qaz verilir. Sonradan sakinlər rəsmiləşdirməyə xeyli pul ödəməli olurlar.

 

TİKİNTİ ŞİRKƏTLƏRİ QİYMƏTLƏR İLƏ NECƏ “OYNAYIRLAR”?

 

Yeri düşmüşkən, sizə bir neçə sirri də vermək istəyirik.

 

Hazırda Bakıda çoxlu sayda pilot layihələr icra edilir. Yəni köhnə binalar sökülərək yerində daha iri və müasir yaşayış kompleksləri tikilir. Rəqabət yüksək olduğundan tikinti şirkətləri qiymətlər ilə “oynayırlar”. Təəssüf ki, bəzi şirkətlər bunu saxtakarlıq ilə edirlər. Birincisi mənzilin real sahəsi sizə deyilən sahədən az ola bilər. Tikinti şirkətləri mənzilin kvadratmetrinin qiymətini 50-100 manat aşağı təklif edir. Məlumatınız olsun ki, bu endirim, sizdən kəsiləcək 1-2 kvadratmetr sahə hesabınadır. Çoxları mənzil alarkən onun sahəsini özü ölçmür. Ölçsəniz belə, tikinti şirkəti sizin ölçüyə müxtəlif iradlarını bildirəcəkdir. Bu üsuldan, mənzili təmirsiz satan bəzi şirkətlər istifadə edirlər.

 

Mənzili təmirli satan bəzi şirkətlər isə təmirə aid olan bir sıra işləri görməməklə qiyməti aşağı göstərirlər. Məsələn, eyni ərazidə bir tikinti şirkəti təmirli mənzilin 1 kvadratmetrinin qiymətini 1400-1450 manata təklif edərkən, digər tikinti şirkəti 1250-1300 manata təklif edir. Araşdırsanız görəcəksiniz ki, qiyməti aşağı olan tikinti şirkəti, hamam aksesuarlarını, alçipan işlərini, kombi və radiator sistemini və s. təmirə daxil etmir. Yəni, “təmirli” adı ilə aldığınız mənzil “köç yaşa” səviyyəsində deyil. Siz öz vəsaitiniz hesabına  tavana alçipan vurdurmalı, unitaz, vanna, tulpan, radiatorları və s almalısınız.

 

Həmçinin bir sıra tiknti şirkətləri təmiri ucuz tiknti materialları ilə aparırlar.

 

Biz azərbaycanlılar böyük, bir neçə eyvanı və qonaq otağı olan evləri sevirik. Lakin şəhər şəraiti və gəlir nəzərə alındıqda, bu, çoxları üçün lükusdur. Bu səbəbdən çalışın aldanmayın!

29.01.2018 07:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ