Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sabah Fed-in iclası başlayır - "Goldman" daha aqressiv açıqlama gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah Fed-in iclası başlayır - "Goldman" daha aqressiv açıqlama gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankı (Fed) rəsmilərinin 30-31 Yanvar 2018 tarixlərində növbəti iclası keçiriləcəkdir. İclasda faizlərin artırılmayacağı gözlənilir. Lakin, dünyanın iri investisiya şirkəti "Goldman Sachs Inc", Fed-in ritorikasını az da olsa "şahinləşdirəcəyini" nəzərdə tutur.

 

Reklam_3_11

Qeyd: "Şahin" kəlməsi maliyyə jarqonunda aqressiv və sərt mənaları üçün istifadə edilir. Bu gün maliyyə bazarlarında sərt pul siyasətlərini müdafiə edənlərə "şahin", yumuşaq pul siyasətlərini müdafiə edənlərə isə "göyərçin" deyilir.


 
"Marja" xəbər verir ki, "Goldman Sachs", bu həftə keçiriləcək və Janet Yellenin rəhbərliyi altında reallaşacaq son Fed toplantısında istifadə ediləcək siyasət dilində yüngül "şahinləşmə" gözləyir.


 
"Goldman" iqtisadçıları, Şənbə günü yazdıqları hesabatda, "Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısından sonra yayılacaq bəyanatda ümumən nikbin mövqe olacağını gözləyirik. Bəyanat, risklərin balansına dair açıqlamaların yenilənməsini və inflyasiya barədə fikirin yüngül şahinləşməsini ehtiva edəcəkdir" ifadəsini istifadə ediblər. 

 

"Goldman" iqtisadçıları, Fed-in Mart ayı toplantısında faiz artıracağını gözləyirlər.
 


Hesabatda, inflyasiyanın hədəfdən aşağı qaldığı, ancaq son dövrlər  göstəricilərin möhkəmləndiyi qeyd edilərək, Komitə üzvlərinin, baza inflyasiyada son aylarda baş verən artımı, ötən il ərzində yumşaq qalan inflyasiyanın müvəqqəti olduğunu göstərmək üçün dəlil kimi istifadə edəcəkləri barədə fikir bildirilib.

29.01.2018 07:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ