Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

EUR/USD məzənnəsi 1.2877 dollara kimi güclənə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
EUR/USD məzənnəsi 1.2877 dollara kimi güclənə bilər

Bu həftə dollardakı ucuzlaşma dinamikası, Avropada inflyasiya və ABŞ-da əmək bazarı ilə bağlı fundamental göstəricilər diqqət mərkəzində olacaqdır.

 

Reklam_3_11

 

EUR

 

Dünya valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 1.2538$-a kimi 3% bahalaşdıqdan sonra artım dinamikası zəifləyib. Lakin hal-hazırda 1.2400$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi, yenidən 1.2463$-a kimi bahalaşaraq üzərində möhkəmlənərsə, artım dalğası 1.2600 və 1.2877$-a kimi də güclənə bilər.

 

Bununla yanaşı, bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropanın inflyasiya və cümə günü saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər, dünya birjalarında ticarət aktivliyini daha da gücləndirəcəkdir.

 

GBP

 

GBP/USD qiyməti də 1.41$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, yanvar ayı ərzində 7%-ə kimi bahalaşan qiymət, 1.41$-ın üzərində qaldıqca, 1.4523$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.

 

Bu həftənin cümə axşamı və cümə günləri saat 13:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin sənaye və tikinti sektorlarında biznes aktivliyini ölçən indeks məlumatları da investorların diqqət mərkəzindədir.

 

TRY

 

Türkiyə bazarlarında lirənin qiyməti 3.3% bahalaşdıqdan sonra korreskiyaya başlayıb. Lakin USD/TRY məzənnəsi üzrə təhlillərə əsasən, lirədə bahalaşma yenidən güclənə bilər. Belə ki, hal-hazırda 3.76TL-nin altında ticarət edilən qiymət, bu səviyyənin altında qaldıqca, 3.68TL-ə kimi də ucuzlaşa bilər.

 

OIL

 

Dünya birjalarında dolların ucuzlaşması, enerji bazarlarında da neft qiymətlərinin dəyər qazanmasına müsbət təsir edir. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70$-ın üzərində ticarət edilməkdədir. Qiymət isə 70.06$-ın üzərində qaldıqca, artım dalğasının hər an 73.07 və 75.51$-a kimi güclənəcəyi proqnozlaşdırılır.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın qiymətləri 1348$-ın üzərində ticarət edilməkdədir. Qızılın bir unsiya üzrə qiyməti də 1357$-ı (43.5 $/qram) yuxarı istiqamətdə qırarsa, artım dalğasının 1380$-a (44.3 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

29.01.2018 07:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ