Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"AtaBank"da əhalinin əmanətləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AtaBank"da əhalinin əmanətləri artıb

"AtaBank"da əhalinin əmanətləri artıb.

 

"Marja" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonunda Bankda fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 258 milyon 150 min manat təşkil edib. Bu, 2016-cı ilin sonu ilə müqayisədə 55 milyon manat və ya 27% çoxdur. 

 

31 Dekabr 2016-cı il tarixində "AtaBank"da fiziki şəxslərin müddətli depozitləri 203 milyon 142 min manat idi.

 

2016-cı ilin sonu ilə müqayisədə əhalinin əmanətlərinin artmasının bir səbəbi ötən ilin Mayında "CDB Bank"ın "AtaBank"a qoşulmasıdır. Eyni zamanda, qoşulmadan sonra da "AtaBank"da əmanətlər artıb.

 

Belə ki, qoşulmadan əvvəl - 31 Mart 2017-ci il tarixində "AtaBank"da fiziki şəxslərin müddətli depozitləri 195 milyon 232 min manat idi (2016-cı ilin sonu ilə müqayisədə düşmüşdü). "AtaBank" qoşulmanın 01 İyun 2017-ci il tarixində uğurla başa çatdığını elan etdi. 30 İyun 2017-ci il tarixində "AtaBank" fiziki şəxslərin müddətli depozitlərinin 225 milyon 366 min manat olduğunu açıqladı. Birləşmədən sonra əhalinin əmanətlərində 30 milyon 134 min manat artım yaranmışdı. 2017-ci ilin sonunda əhalinin əmanətlərinin 258 milyon 150 min manat təşkil etməsi, ötən ilin 2-ci yarısında 32 milyon 784 min manat artımın yarandığına işarədir. Bu artımda Bankın 2017-ci ilin sonunda keçirdiyi “Hədiyyəli Yeni İl” kampaniyasının payı var. "AtaBank" əmanətdə 15% gəlir təklif edirdi.

 

Fiziki və hüquqi şəxslərin müddətli depozitləri ilə bərabər, tələbli depozitlərin də daxil olduğu depozit portfeli isə ötən il 269 milyon 591 min manatdan 329 milyon 408 min manata qalxıb. 

 

"AtaBank"ın maliyyə vəziyyəti barədə daha ətraflı: http://marja.az/news/19740

29.01.2018 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ