Ən yuxarı (mobil)_30

"Bu il 9 tərəvəz bitkisi üzrə toxum istehsalına başlanacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il 9 tərəvəz bitkisi üzrə toxum istehsalına başlanacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Son illər aqrar sektorun qarşısında çox ciddi və həllini gözləyən məsələlər durub".

 

Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

 

Nazirin sözlərinə görə, bu gün kənd təsərrüfatının texnika ilə təminatında heç bir çətinlik yoxdur.

 

"Bunun üçün kifayət qədər vəsait ayrılıb və bu il də ayrılacaq. Subsidiya mexanizmi tamamilə avtomatlaşdırılıb. İstənilən adam sayta girərək kimə nə qədər subsidiya verildiyini də öyrənə bilər. Növbəti ilin problemlərindən biri toxumçuluq və tingçilik təsərrüfatlarının yaradılmasıdır. Bu il tərəvəzçilik institutunun tərkibində böyük toxumçuluq sahəsi yaradılacaq. Bu sahə 9 bitki növü üzrə 6-7 ay sonra öz istehsalına başlayacaq. Demək olar ki, artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik. Bildiyiniz kimi, Qubada meyvə institutumuz var. Bundan 1-2 ay sonra isə Qubada tingçilik təsərrüfatlarının yaradılmasına başlanacaq. Ötən il toxumun alınması üçün laboratoriya avadanlıqlarına 700 min dollardan artıq vəsait ayrılıb. Növbəti ildən bu institut əksər meyvə tingləri üzrə öz istehsalını təşkil edəcək. Bu ilin sonuna, gələn ilin əvvəlinə bu sahədə ciddi dönüş gərəcəksiniz", - deyə H.Əsədov qeyd edib.

 

© APA

29.01.2018 11:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ