Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Daşkəsən Filiz Saflaşdırma"nın özəlləşdirlməsinə süni maneələr yaradılır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Daşkəsən Filiz Saflaşdırma"nın özəlləşdirlməsinə süni maneələr yaradılır"

"Daşkəsən Filiz Saflaşdırma" ASC-nin özəlləşdirlməsinə süni maneələr yaradılır." 

 

Reklam_3_11

Bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. 

 

Onun fikrincə, həmin müəssisəinin özəlləşdirilməsi ilə bağlı ölkə prezidentinin tapşırığı yerinə yetirilmir: "Cənab prezidentin göstərişinə baxmayaraq, bu müəssisənin özəlləşdirilməsi yubadılır. Bir neçə dəfə hərrac keçirilsə də, hansısa səbəblərdən özəlləşdirmə baş tutmadı". 

 

İcra hakimiyyətinin başçısı tədbirdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayevdən məsələnin sürətləndirilməsini xahiş edib. Nazir isə deyib ki, "Daşkəsən Filiz Saflaşdırma"nın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səlahiyyətindədir. 

 

Xatırladaq ki, "Daşkəsən Filizsaflaşdırma" ASC-də sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə müəssisə özəlləşdirilmək məqsədi ilə ƏMDK-nın balansına verilib.

 

© Report

29.01.2018 11:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ