Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Camışçılıq tənəzzül dövrünü yaşayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Camışçılıq tənəzzül dövrünü yaşayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Geniş örüş sahələri ayrılmalıdır"


 

Reklam_3_11

Şabran rayonunda gəlirli heyvandarlıq sahələrindən olan camışçılığın inkişafı üçün geniş imkanlar var. Hazırda rayondakı təsərrüfatlarda 3 min başdan artıq camış saxlanılsa da, bu göstəricini 10 min başadək artırmaq mümkündür.

 

Şabran rayonundakı ən böyük camışçılıq təsərrüfatlarından biri Ağalıq kəndində yerləşir. Binədar Hacıyevə məxsus fermada 60 başa yaxın camış var.

 

Təsərrüfatın sahibi uzun illərdir üç oğlu ilə birlikdə heyvandarlıqla məşğuldur. Onların fermasında iri və xırdabuynuzlu mal-qara, eləcə də camışlar saxlanılır.

 

Binədar Hacıyev bildirir ki, neçə illərdir tənəzzül dövrünü yaşayan camışçılığı yenidən dirçəltmək mümkündür. Bunun üçün, ilk növbədə, geniş örüş sahələri ayrılmalıdır. Çünki digər heyvanlardan fərqli olaraq camışları tövlədə bəsləmək çətindir. “Camışlara yem çox verildiyinə görə tövlədə onun otunu çatdırmaq olmur. Örüş zamanı isə bu problem yaşanmır. Bu da heyvanların məhsuldarlığına birbaşa təsir edir. Çöldə otlayan camışlardan bir gündə 10 litrə yaxın süd sağmaq mümkündür”, - deyə təsərrüfatçı vurğulayır.

 

Camışçılığın əsas üstünlüyü ondadır ki, bu heyvanların ağartı məhsullarına tələbat çoxdur. Yerli və paytaxt bazarlarına çıxarılan məhsulların satış qiyməti də fermerləri qane edir.

 

Camış südünün yağlılığı çox yüksəkdir və inək südündən baha satılır. A vitamini ilə zəngin olan camış ətinin qiyməti ucuz olsa da, dünya təbabətində bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Camış digər ev heyvanları ilə müqayisədə xəstəliklərə qarşı da dözümlüdür.

 

Binədar Hacıyev bildirir ki, təsərrüfatındakı camışların sayını artırmaq niyyətindədir. “Əvvəllər Şabranın kəndlərində hər təsərrüfatda camış saxlanılardı. Amma indi örüş sahələri olmadığından kəndlilər tövlə şəraitinə daha uyğun olan heyvanları saxlayırlar. Camışların ağartı məhsulları sağlamlıq üçün çox xeyirlidir. İndi insanların tez-tez xəstələnməsinin səbəblərindən biri də təbii qidalara deyil, süni yolla hazırlanan ərzaqlara üstünlük verməsindən irəli gəlir. Camış südü, qatığı, yağı uşaqların qidalandırılmasında əvəzolunmazdır. Düşünürəm ki, camışçılığın inkişaf etdirilməsi üçün xüsusi layihələr icra olunmalıdır. Bu, ümumilikdə, heyvandarlıq sektorunun inkişafına böyük töhfə verər”.

 

© Azərtac 

29.01.2018 11:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ