“Viza Kredit”in seyfini oğurlayanlar tutuldu
Lənkəranda kredit təşkilatının ofisindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb.
Rayon-Şəhər Polis İdarəsindən bildirilib ki, tutulan şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur.
Məlumatına görə, həmin şəxslərin “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən apardıqları seyfin içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, qurumun rəsmi sənədləri, möhürü olub.
Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
XXX
Xəbər verdiyimi kimi Lənkəranda kredit təşkilatının ofisindən içində pul olan seyf oğurlanıb
Lənkəranda kredit təşkilatının ofisindən içində pul olan seyfin oğurlanması faktı ilə bağlı bəzi təfərrüatları məlum olub.
“Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən edilən oğurluqla bağlı müəyyən məqamlara aydınlıq gətirilib. Ötən gecə oğurlanan seyfin içərisində təxminən 7 min 500 ABŞ dolları, 3 min manatdan çox pul, qurumun rəsmi sənədləri, möhürü olub.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 45 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl