Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Terras üsulu ilə yeni çay plantasiyaları salınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Terras üsulu ilə yeni çay plantasiyaları salınacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə çayçılığın inkişafına 7,7 milyon manat investisiya yönəldilib, əkin sahələri 604 hektara, işləyənlərin sayı 2 min nəfərə çatdırılıb. İstifadəsiz qalan torpaqlarda, eləcə də dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub.

 

Reklam_3_11

Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

 

“Lənkəran düyüsü” “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılacaq

 

Çəltik əkinindən də danışan Taleh Qaraşov bildirib ki, 2017-ci ildə 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Cari ildə bu gəlirli sahələrin iki dəfə artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz, dadına görə idxal edilən düyülərdən daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda “Lənkəran düyüsü” adı ilə tanınır. Onun daxili bazarda satış rəqabətini təmin etməklə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılması istiqamətində də işlər davam etdirilir. Ötən il respublikada, ilk dəfə olaraq, bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilmiş ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Bundan məqsəd ənənəvi çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal edib, ölkəmizin ərzaq təhlükəsizliyi proqramına töhfəmizi verməkdir.

 

Ötən il Lənkəranda sitrus meyvəçiliyinin inkişafı istiqamətində də işlər davam etdirilib, xaricdən gətirilmiş məhsuldar sitrus növlərindən yeni bağlar salınıb.

 

Lənkəranda İstisu və Sağlamlıq Mərkəzi istifadəyə veriləcək

 

Turizmin inkişafı istiqamətində Lənkəranda görülən işlər barədə məlumat verən şəhər icra hakimiyyətinin başçısı qeyd edib ki, ötən il bu sahəyə 25,1 milyon manat investisiya qoyulub, 800 yeni iş yeri açılıb. Yaxın aylarda açılacaq Lənkəran İstisu və Sağlamlıq Mərkəzi rayonda turizmin inkişafına yeni təkan verəcək.

 

 

29.01.2018 16:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ