Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Şirkətimizdə 1100 nəfər çalışır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Şirkətimizdə 1100 nəfər çalışır"

"Tibb və sağlamlıq turizmi sahəsində fəaliyyətimizi davam etdiririk. 2008-ci ildə istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzinə hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün geniş imkanlar açır. Mərkəz Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan kimi ölkələrdən gələn turistlərin istirahət və müalicə məkanına çevrilib.

 

Bunun Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ” Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib. 

 

"Bu illər ərzində təmsil etdiyim holdinq xidmət sektorları ilə yanaşı, yerli xammala əsaslanan idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına da üstünlük verib. “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti belə müəssisələrdəndir. Burada arsenli quru qaz, karbon qazı və quru buz istehsal olunur. Məhsullarımız daxili tələbatı tam ödəyir. Mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları və ərzaq məhsulları istehsalı ilə məşğul olan şirkətlər məhsullarımıza daha çox üstünlük verirlər.

 

“Nəqşicahan Holdinq” şirkətlər qrupu məşğulluğun tam təmin olunmasına öz töhfəsini verir. Şirkət tərəfindən müxtəlif profilli sahələrin yaradılması yeni iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda şirkətimizdə 1100 nəfər çalışır",- Novruz Novruzov bildirib.

29.01.2018 16:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ