Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qazaxda elektrod zavodu inşa olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxda elektrod zavodu inşa olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Qazaxın Daş Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən dəyəri 15 milyon manat təşkil edən, illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatdırılıb, “HGC GROUP” MMC tərəfindən illik gücü 1 milyon ton sement və 825 min ton klinker olan istehsal müəssisəsi yaradılıb. “Saloğlu” mebel firması istehsalın genişləndirilməsinə 16 milyon manat vəsait yönəldib. Bu müəssisələrin məhsulları həm də ixracyönümlü olmaqla bölgənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcək".

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bunu Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

 

2017-ci ildə Qazaxda iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat özəl sərmayə qoyulduğunu bildirən R.Babaşov qeyd edib ki, əsasən yerli xammaldan səmərəli istifadə etməklə, sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilib: "Rayonda eyni zamanda konserv zavodu, tikinti materialları müəssisəsi də istifadəyə verilib. Hazırda isə elektrod zavodunun inşası davam edir və 2018-ci ildə başa çatdırılacaq. Ümumilikdə, ötən il istifadəyə verilmiş müəssisələrdə 1177 yeni iş yeri yaradılıb".

 

Aqrar sahədə görülən işlərdən də danışan R.Babaşov deyib: “2017-ci ildə kənd təsərrüfatı sahəsinə 16,4 milyon manat investisiya cəlb edilib, sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan fermer təsərrüfatları və Qazax Aqroparkı yaradılıb. Ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığını azaltmaq üçün yaradılmış əlverişli şəraitdən bəhrələnən fermerlər əkin sahələrini genişləndirib və rayon üzrə 18,7 min hektar sahədə kənd təsərrüfatı məhsulları əkiblər. 2018-ci ildə əkin sahələrinin 20 min hektara çatdırılması qarşıya məqsəd qoyulub”.

29.01.2018 18:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ