Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank-ın yenilənən Füzuli filialı istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank-ın yenilənən Füzuli filialı istifadəyə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Füzuli filialının yenilənmiş ofisini istifadəyə verib. 

 

Yeni konsepsiya əsasında təmir edilən filial Horadiz şəhəri, 20 Yanvar küç., 12 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.


Açılış mərasimində Füzuli rayon İcra Hakimiyyətinin və Kapital Bank-ın baş ofisinin əməkdaşları, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi. Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2015-ci ildən başlayan transformasiya layihəsi çərçivəsində paytaxt Bakıda və regionlarda 30 filial yenilənərək, müştərilərin ixtiyarına verilib. Bundan başqa həmin dövr ərzində 8 yeni struktur bölmə açılıb. Bankın yenilənmiş və yeni açılan filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2018-ci ildə də daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

30.01.2018 07:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ