Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Kreditdə Azərbaycanın ən böyük özəl bankı qazancını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditdə Azərbaycanın ən böyük özəl bankı qazancını açıqladı


ASC “Xalq” Bank 2017-ci ili 17 milyon 606 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı ilin sonu ilə müqayisədə 70% çoxdur. Bu barədə “Xalq” Bankdan "Marja"ya daxil olmuş məlumatda deyilir.


Bankın məlumatında qeyd olunur ki, 2017-ci ilin sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 145,03 milyon manat və yaxud 8.7 % artaraq 1 milyard 813 milyon 647 min manat təşkil edib.

Reklam_3_11

 

Bankın kapitalı isə 2016-cı ilin sonu ilə müqayisədə 22,2 milyon manat (9.34%) artaraq 259 milyon 839 min manat həcmində qeydə alınıb.

 

2017-ci il ərzində Xalq Bank kredit portfelinə görə Azərbaycanın ən böyük özəl bankı statusunu qoruyub. Bankın 2018-ci il 1 yanvar tarixə kredit portfeli 1 milyard 312 milyon 223 min manat olub. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 37,7 milyon manat çoxdur.

 

"Bank tərəfindən görülən səmərəli tədbirlər nəticəsində kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi ötən dövr ərzində 22% azalaraq 62 milyon 869 min manat təşkil etmişdir".

 

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi ötən illə müqayisədə 6,55% artaraq 1 milyard 170 milyon 909 min manata çatıb.

 

"Bank 2017-ci ildə inkişaf strategiyasına uyğun olaraq xidmət şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət ayırıb. İl ərzində bankın “Tovuz” və “Göyçay” filialları müştərilərin istifadəsinə verilib. Ötən il bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələsinə xüsusi diqqət ayrılmışdır. Aktiv plastik kartların sayının 2016-cı ilin sonu ilə müqayisədə 91.5% artması bu sahənin inkişafının bariz göstəricisidir. Bankın xidmət və məhsullarından faydalanan müştərilərin ümumi sayında isə il ərzində 27% artım müşahidə olunmuşdur",- məlumatda deyilir.

 

Qeyd olunub ki, 2017-ci ildə tamamilə yenilənmiş, çoxfunksiyalı və rahat XalqBank-Online internet-bank sistemi müştərilərin istifadəsinə verilmişdir.  

30.01.2018 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ