Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Növbəti 3 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Növbəti 3 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  açıqlamasında bildirib ki, yanvarın 31-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu son günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi yerlərdə arabir güclənəcək".

 

Onun sözlərinə görə, fevralın ayının 1-də hava şəraiti qeyri-sabit keçəcək: "Fevralın 1-də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Bu qısa müddətli olacaq. Fevralın 1-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 2-dən isə ölkə ərazisində hava şəraitinin yenidən sabit və gün ərazində yağmursuz keçəcəyi proqnozlaşdırılır". 

 

© Report

30.01.2018 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ