Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“KPMG” rəhbərliyi ABŞ-da həbs olunub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “KPMG” rəhbərliyi ABŞ-da həbs olunub"

Beynəlxalq audit şirkəti olan KPMG-nin ("Klynveld Peat Marwick Goerdeler") keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub.

 

“WallStreetJournal” nəşri xəbər verir ki, keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar.

 

Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.

 

KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

 

“Wall Street Journal” yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.

 

Qeyd edək ki, KPMG “Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır.  Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" ,  "PWC" və “Ernst & Young”dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

 

Xatırladaq ki, “KPMG Azərbaycan limited” şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

 

XXX

 

Azərbaycanda müflisləşmiş 2 ən iri bankın, habelə işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin "Artsakhbank"ının auditoru ABŞ-da da ittiham olunur.

 

"Marja" xəbər verir ki, bunu bank eksperti, vəkil Əkrəm Həsənov "Facebook" səhifəsində yazıb.

 

"Sırağagün KPMG-nin İngiltərədəki qalmaqalından yazmışdım (ondan əvvəl CAR-dakı və digər ölkələrdəki dələduzluğu barədə də yazmışam). İndi isə ABŞ-da başına iş gəlib. Dələduzluq və digər cinayətlərə görə 6 rəhbər şəxsi həbs olunub. Nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alırlarmış. Yəni, ABŞ-da qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır edirlərmiş.

 

Xatırladıram ki, Azərbaycanda da KPMG-nin qeyri-peşəkarlığı 2 iri bankın ("Bank Standard" və "Texnikabank") müflisliyinə səbəb olub. Üstəlik ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin "Artsakhbank"ının auditorudur.

 

KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Buna baxmayaraq, ölkəmizdə bəziləri bu şirkətə himayədarlıq edir! Hər bir halda xəbərdarlıq edirəm: KPMG-lə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun..."

30.01.2018 09:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ