Trump avtomobil sənayesinin liderlərilə görüşüb
ABŞ Prezidenti Donald Trump Ağ Evdə Amerikanın avtomobil sənayesinin liderlərilə görüşüb.
"Marja" xəbər verir ki, Trumpın General Motors, Ford və Fiat Chrysler-in yüksək səviyyəli rəhbərləri ilə keçirdiyi görüşün ardından mətbuat açıqlaması verilib.
Amerika şirkətlərinin istehsallarını ABŞ-a köçürmələri üçün "vergi dərəcələrində əhəmiyyətli dərəcədə ediləcək endirimin şirkətlərə çox böyük təkan olacağı" bildirilən açıqlamada, ABŞ-ın avtomobil sənayesi üzərindəki ekoloji tənzimləmənin də məhdudlaşdırılacağı bildirilib.
Açıqlamanın ardından, General Motors, Ford və Fiat Chrysler-in Nyu-York Birjasında əməliyyat görən səhmlərində artımlar görülüb.
General Motors və Fordun səhminin dəyəri 1 faiz və 2,4 faiz artım qeyd edib. Fiat Chrysler-in səhmləri də 5,8% dəyər qazanıb.
Avtomobil nəhənglərinin yeni məşğulluq vədləri
Donald Trumpın 20 Yanvardakı andiçmə mərasimindən əvvəl, General Motors ABŞ-da 1 milyard dollarlıq kapitalla 450 nəfərlik, Fiat Chrysler isə 1 milyard dollarlıq kapitalla 2 min nəfərlik yeni məşğulluq yaradacağı sözünü vermişdi.
Ford isə Meksikadakı 1,6 milyard dollarlıq investisiya planını ləğv etməyi planlaşdırdığını, bunun əvəzinə ABŞ-da 700 milyon dollarlıq sərmayə qoyaraq 700 nəfərlik yeni iş yeri yaradacağını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
17 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
19 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl