Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Sumqayıt və Abşeronda turizm zonasının yaradılması üçün layihə hazırlanır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sumqayıt və Abşeronda turizm zonasının yaradılması üçün layihə hazırlanır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Xırdalanda vətəndaşları qəbul edib.

 

Reklam_3_11

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarının sakinləri iştirak edib.

 

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

Regionlarda turizmin inkişaf etdirilməsinin diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev , "Çox sevindirici haldır ki, Sumqayıt və Abşeron bölgəsi artıq turizm baxımından əlverişli məkana çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur" - deyib.

 

Nazir qeyd edib ki, yaxın günlərdə yanvar ayının turizm statistikası elan olunacaq: "Müşahidələr göstərir ki, bu il də turizm sahəsində inkişaf qeydə alınacaq"

30.01.2018 11:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ