Azərbaycanda kriptovalyta ticarəti tənzimlənəcək - İŞÇİ QRUPU YARADILIR

Azərbaycanda “kriptovalyuta ticarətinin tənzimlənməsi” haqqında qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq.

 

Məlumata görə, bu, ölkəmizdə kriptovalyutalar barəsində ilk qanun olacaq.

 

İşçi qrupuna Azərbaycan Prezidentinin iqtisadi siyasət və istehsalat məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edəcək.

 

Qrupun tərkibinə həmçinin maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər də daxil olacaqlar. Daha öncə Fərəh Məmmədova Azərbaycanın Caspian Development Bank-ın müşahidə şurasının rəhbəri olmuşdur və maliyyə sektorunda təcrübəyə sahibdir.

 

Yaradılmış qrup digər ölkələrin kriptovalyuta istifadəsi təcrübələrini analiz etməli və onları Azərbaycan şərtləri ilə reallıqlarına uyğunlaşdırmalıdır. Maraqlısı ondadır ki, bu ay Bakıda “Buroka Technologies” şirkətinin nümayəndiliyi işə başlayacaq. Bu şirkət Azərbaycanda 5 vacib kriptovalyutanın (Bitcoin, Ethereum, Ripple, Dash və Litecoin) ticarətini aparmaq arzusunda olduğunu bildirib. Şirkətin Londondakı Kraken və Bitstamp kimi kriptobirjalar ilə əlaqəsi var.

 

“Buroka Technologies” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Səbinə Məmmədli bildirib ki, bu ilin Mart ayında Bakıda blockchain və kriptovalyuta inkişafı üzrə konfrans keçirilməsi planlaşdırılır. Həmin konfransa həmçinin Ethereum kriptovalyutasının yaradıcısı Vitalik Buterin də dəvət olunub.

 

Onun sözlərinə əsasən bu barədə qanunvericiliyin yaradılması Azərbaycanda kriptovalyuta bazarının həcmli olmasına gətirib çıxarda bilər.

 

© 1news.az

30 Yanvar 2018 , 12:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin