Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

9 məsələ üçün “AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı çağırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 məsələ üçün “AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı çağırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərinə əsasən bütün səhmdarların nəzərinə çatdırır ki, direktorlar şurasının qərarına uyğun 24 fevral 2017-ci il saat 10.00-da cəmiyyətin Bakı şəhəri, A.Bakıxanov küçəsi, 6 nömrəli ünvanda yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır.

 

 Ümumi yığıncağın gündəliyi:

 

 1. 1 yanvar 2016-cı il tarixə cəmiyyətin xalis mənfəəti hesabına səhmlərin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması və səhmin hər birinin nominal dəyəri barədə.

 

 2. Səhmdarların nizamnamə kapitalında paylarının müəyyən edilməsi.

 

3. Cəmiyyətin aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin idarə heyətinə həvalə edilməsi.

 

4. Nizamnamə kapitalının artırılması və aidiyyəti şəxslərlə bağlı nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi.

 

5. Nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar tələb olunan bütün sənədlərin, o cümlədən müraciət ərizələrinin imzalanması üçün səlahiyyətli nümayəndənin təyin edilməsi.

 

 6. Cəmiyyətin nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin müvafiq dövlət orqanlarına təqdim olunması, alınması və cəmiyyətin rəhbərliyinə təhvil verilməsi üçün səlahiyyətli nümayəndənin təyin edilməsi.

 

7. Cəmiyyətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması barədə.

 

 8. 2016-cı ilin yekun maliyyə hesabatlarının təsdiq olunması.

 

 9. Cəmiyyətin bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividendlərin verilməsi. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla (sənədlərlə) iclasın keçirilmə tarixinə qədər cəmiyyətin ofisində tanış ola və öz təkliflərini verə bilərlər.

 

 Qeyd edək ki, bundan əvvəl “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının fevralın 13-də keçirilməsi planlaşdırılırdı.

25.01.2017 05:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ