Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Nutella"da 70 faiz endirim Fransada izdihama səbəb olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nutella"da 70 faiz endirim Fransada izdihama səbəb olub

Fransada "Nutella" məhsulunda 70 faiz endirimə gedən supermarket şəbəkəsinə qarşı, İstehlakçıların Hüquqlarının Qorunması və Bazar Nəzarəti Baş  İdarəsi tərəfindən istintaq başlayıb.

 

Reklam_3_11

Fransada qanuni kampaniya müddəti xaric, "xərcindən aşağı zərərinə satış" aparılması haqsız rəqabət yaratdığına görə qadağandır.


 
Bir supermarket şəbəkəsinin "Nutella" şokolad kremi məhsulunda güzəştə getməsi bir çox şəhərdə izdihama səbəb olmuşdur.


 
4.50 Avrodan 1.40 Avroya düşən məhsulu almaq istəyən müştərilər səhərin erkən saatlarında gəldikləri mağazalarda sanki bir-biri ilə yarışıb.


 
Bir çox mağaza əməkdaşı izdiham səbəbilə çətin anlar yaşayıb. İtaliyanın "Ferrero" şirkəti ("Nutella"nın istehsalçısı) yaranmış mənzərədən məyus olduqlarını açıqlayıb.
 


Gün ərzində Fransanın müxtəlif şəhərlərindən bənzər izdihamlar olub, bəzi şəhərlərdə baş verənlər küçə üsyanı adlandırılıb.


 
Fransanın kənd təsərrüfatı naziri Stephane Travert bənzər hadisələrin baş verməməsi üçün bu cür endirimlərə bir məhdudiyyət tətbiq edəcəklərini açıqlayıb.

30.01.2018 15:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ