Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı və London fond birjaları razılaşdı - İSTİQAMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı və London fond birjaları razılaşdı - İSTİQAMƏTLƏR

Azərbaycan FTSE indeksinin klassifikasiya siyahısına daxil ediləcək


 

Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov London Fond Birjasında səfərdə olmuşdur.

 

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, səfər çərçivəsində London Fond Birjası və Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə hər iki ölkənin fond bazarları arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilmişdir.

 

Görüşdə Listinq və kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, törəmə maliyyə alətlərinin ticarət zəncirinin təşkili, dövlət qiymətli kağızlarının ticarəti üzrə mövcud təcrübələr, ticarət sonrası institutlar arasında əlaqələrin gücləndirilməsi, blokçeyn texnologiyalarının tətbiqi sahələrində London Fond Birjasının təcrübəsinin öyərənilməsi ətrafında müzakirələr aparılmışdır.

 

Görüşün nəticəsi olaraq, Listinqi məhdudlaşdıran amillərin aradan qaldırılması və cəlbediciliyinin artırılması, maarifləndirici-təşviqedici tədbirlərin keçirilməsi, törəmə maliyyə alətlərinin ticarətinin təşkili, Azərbaycanın FTSE (Financial Times Stock Exchange) indeksinə klassifikasiya siyahısına daxil edilməsi istiqamətində razılaşma əldə edilmişdir.

31.01.2018 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ