Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Neftin qiyməti 65 dollara qədər arta bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti 65 dollara qədər arta bilər

“Finam” şirkətlər qrupunun analitiki Boqdan Zvariç hesab edir ki, Vyanada neft hasilatının azaldılmasına dair razılaşma əldə olunandan sonra dünyada neftin qiymətləri artaraq bir barrel üçün 65 dollara çata bilər. Amma sonradan ABŞ-da şist nefti istehsalının bərpası nəticəsində qiymətlər bir barrel üçün 52,5-57,5 dollar səviyyəsində sabitləşə bilər.

Xatırladaq ki, Vyanada OPEC ölkələri ilə bu quruma daxil olmayan hasilatçı ölkələrin nümayəndələrinin görüşü keçirilib. OPEC üzvü olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. Azaltma yanvar ayından başlanacaq. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.

OPEC ölkələri isə noyabrın 30-da keçirilən iclasda öz gündəlik hasilatını 1,2 milyon barrel azaldaraq 32, 5 milyon barrelə çatdırmaq barədə razılıq əldə ediblər.

© Azərtac

12.12.2016 18:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ