Qida Təhlükəsizliyi Agentliyi: Şirkətlər yardım və dəstək formatında yoxlanacaq

"Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti üç istiqamətdə həyata keçiriləcək".

 

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarətini həyata keçirəcək.

 

"FƏALİYYƏTƏ MANEÇİLİK TÖRƏDƏN YOXLAMA OLMAYACAQ"

 

"Eyni zamanda, agentlik qida təhlükəsizliyi sahəsində risklərin idarə olunması, hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması istiqamətində fəaliyyət göstərəcək. Təftiş və yoxlamaların həyata keçirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq. Bu yoxlama və təftiş sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək. Bizim agentliyin həm Bakıda, həm regionlarda bölmələri fəaliyyətə başlayacaq. Əməkdaşlarımız qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq normaları, beynəlxalq standartları təşviq və təbliğ edəcək", - deyə Q.Təhməzli vurğulayıb.

 

O əlavə edib ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri yaradılacaq.   

 

© APA

31 Yanvar 2018 , 12:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin