Əhali pulunu bu banka yatırmağa başlayıb
"Expressbank"da əhalinin əmanətləri artıb.
"Marja" xəbər verir ki, 2016-cı ilin sonunda "Expressbank"da fiziki şəxslərin müddətli əmanətləri 60 milyon 368 min manat təşkil etmişdi. 2017-ci ilin birinci yarısında əmanətlər azalmış, 30 İyun 2017-ci il tarixində 50 milyon 107 min manata düşmüşdü.
Ötən ilin ikinci yarısından başlayaraq "Expressbank"a əmanət axını başlayıb. İlin ikinci yarısında fiziki şəxslərin müddətli əmanətləri 24 milyon 636 min manat artaraq ilin sonunda 74 milyon 743 min manata çatıb.
Fiziki şəxslərin tələbli əmanətləri isə ötən ilin 3 rübü ərzində 10 milyon 576 min manat artaraq 18 milyon 784 min manata yüksəlib.
Qeyd edək ki, mənfəətlə işləyən "Expressbank" öz sərmayəsi ən yüksək məbləğdə olan banklardan biridir. Bank cüzi problemli krediti ilə diqqəti cəlb edir.
Xəbər verdiyimiz kimi, "Expressbank" maliyyə göstəricilərini açıqlayıb: http://marja.az/news/19884
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
36 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti"nin gəlirləri və xalis mənfəəti kəskin artıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
14 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
15 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
15 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır